BIBS Denmark Aps Azerbaijan Official Distributor

BIBS AZERBAIJAN
BIBS AZERBAIJAN
  • Yeni
BIBS
BIBS

Baby Glass Bottle Complete Set 225ml - Woodchuck

7024

39,00 MAN
endirim

TÜKƏNDİ
Sık Kullanılanlara Ekle
  • Fırsat Məhsulu

İkonik, retro stil, funksional və yüksək keyfiyyətli Qida Şüşəsi Dəsti! 

 

BIBS Baby Glass Qida Şüşəsi, istiyə, termal şoka və sınmağa dayanıqlı olan birinci növ borosilikat şüşədən hazırlanmışdır. Donmağa, qaynar suda həll olmağa, mikrodalğada isitməyə və qab yuyan maşında təmizliyə davamlıdır. Plastik hissələr 100% etibarlı, qida ilə təmasa uyğun, birinci növ materialdan hazırlanmışdır. 

 

Borosilikat şüşə asanlıqla zədələnmir və qida şüşələrimizdə bakteriya və digər qalıntıları saxlayan iz və aşınmalar olmur; bu da təmizləməyi və sterilizasiyanı rahatlaşdırır. 

 

BIBS Baby Glass Qida Şüşəsinin ucluğu forma və ölçü olaraq ana döşünə bənzədilərək dizayn edimiş populyar BIBS Colour əmziyinin ucuna oxşayır. 

 

Əgər uşağı əmizdirirsinizsə həm də qida şüşəsi ilə yemək verirsinizsə bu, “döş ucluğu” bənzərliyinə görə olduqca rahatlıq yaradır. Təbii kauçuk ucluq ana döşü hissi və yumşaqlığı verir. Kauçukun istifadə müddətini azaltmamaq üçün əmzik ucluqları qab yuyan maşında yuyulmamalıdır. Əmziklərimiz kimi qaynamış suda sterilizasiya edilməlidir. Əmzik ucluğu düzgün sud axımı üçün, qidalanma zamanı udulan havanı azaldan valf ilə dizayn edilmişdir. Bu dizaynı ilə kolik yaranmasını əngəlləyən anti-colic bir qida şüşəsidir. 

 

 BIBS Baby Glass Qida Şüşəsini rahat və gigiyenik saxlamaq üçün şüşə yivli qapaq və qapağı altına yerləşdirilmiş süd açarına malikdir. Bu çantanıza vəya uşaq arabasına südün tökülməsi məsələsində narahatçılığa esas olmadan, hərəkət halında şüşəni özünüzlə götürməyi asanlaşdırır. Bundan əlavə qida şüşəsi dəstinin içində şüşəyə uyğun qıf da mövcuddur. Qıf daha az süd/qida tozu ilə şüşəni sürətli formada doldurmağı asanlaşdırır. Qatlanan qıf minimum yer tutur və istifadə zamanı gəldiyində asanlıqla açılır. 

 

BIBS Qida Şüşəsini bütöv dəst halında alabiləcəyinizdən əlavə həmçinin ayrı satılan hissələrin köməyi ilə şüşələri fərqli rənglərdə ucluqlar ilə birləşdirərək öz dəstlərinizi də yarada bilərsiniz. 

 

BIBS Baby Glass Qida Şüşələri 110ml və 225ml olaraq iki fərqli ölçüdə mövcuddur. Körpənizin ehtiyacına uyğun ölçülü ucluğu seçə bilərsiniz. Qida Şüşəsi EN14350 avropa standartina uyğun olaraq istehsal edilmişdir. 

 

Qida şüşəsi dəstinə daxildir: Borosilikat Qida Şüşəsi,  yavaş axım əmzik ucu, süd açarı, yivli qapaq, qıf və üst qapaq. 

Bu məhsul üçün heç bir şərh yoxdur.

Təhlükəsizlik kodu
Siz də İstəyirsiniz
Hipotenüs Powered by Hipotenüs® New Generation E-Commerce Systems.